AYPARA - 7.Bölüm

AYPARA - 7.Bölüm

... 1 il sonra ...

Səhnə1. İdman zalı.                                                                     İç. Səhər.

Aypara komandası isinmə hərəkətləri edir. Bahar zalın ortasında sərt nəzərlərlə onlara baxır. Qızların bəziləri gülümsəyir, bəziləri isə yorğun görünür..

Bahar:

(qətiyyətlə)

-Qızlar, bu sezon asan olmayacaq. Rəqiblər sizi artıq tanıyır. Keçən ilin sürpriz komandası idik, bu ilin isə hədəf komandasıyıq !

Aysu:

(yarı zarafatla, nəfəs-nəfəsə)

-Bizi hədəf edirlər, sən isə bizi əsgər kimi məşq etdirirsən.

Bahar:

(birbaşa Aysuya baxaraq)

-Əsgərlər qalib gəlmək üçün döyüşür. Sən nə üçün döyüşürsən, Aysu ?

Qısa sükut. Digər qızlar təəccüblə Aysuya baxır..

Nuray:

(aranı yumşaltmağa çalışaraq)

-Döyüşürük, çünki biz bu komandanın bir parçasıyıq. “Aypara” təkcə forma deyil, bizim ikinci evimizdir.

Gülşən:

(öz-özünə)

-Bəzən bu evdə nəfəs almaq çətinləşir.

Şəms:

-Nə dedin, Gülşən ?

Gülşən

(üzünü çevirmədən)

-Heç nə, davam edək.

Bahar onların arasında emosiyaları hiss edir, amma susur. Sonra fit çalır..

Bahar:

-Cüt-cüt bölün. Yeni kombinasiyalar yoxlayacağıq.

Aytac

(kənara çəkilərək, Nuraya)

-Deyəsən, bu sezon biz təkcə oyunla yox, bir-birimizlə də rəqabət aparacağıq.

Nuray:

(sakitcə)

-Rəqabət pis deyil. Amma biz bir komanda olduğumuzu unutsaq, uduzacağıq.

Bahar bu dialoqları eşidir, amma heç nə demir. Kamera Baharın ciddi baxışlarına fokuslanır. O, nə düşündüyünü heç kimə demir..

Bahar:

(sakit, amma güclü səslə)

-Mən sizinlə qürur duyuram ! Bəli, elə indi ! Çünki bilirəm, siz təkcə qaçmırsınız, təkcə top atmırsınız. Siz burda hər biriniz bir-biriniz üçün döyüşürsünüz. Komanda olmaq o demək deyil ki, hər şeyi eyni cür düşünürsünüz. Yox. Komanda olmaq fərqlərinizə baxmayaraq bir-birinizə arxa durmaq deməkdir. Biri yorulanda, digəri itələməlidir. Biri yıxılanda, digəri qaldırmalıdır. Bu sezon çətin olacaq, bunu bilirəm. Amma, bir şeyi də bilirəm : biz birlikdə olduğumuz müddətcə, heç kim bizi asanlıqla məğlub edə bilməz !

Bahar fit çalır. Qızlar motivasiya olunmuş halda məşqə davam edirlər ki, tam bu anda zalın qapısı cırıltı ilə açılır. Hamı dönüb baxır. İçəriyə 7 yaşlı Mələk qaçaraq girir..

Mələk:

(şən səslə)

-Anaaa !

Bahar heyrətlənsə də gülümsəyir. Qızlar çaşqınlıqla bir-birinə baxır, amma gülümsəməyə başlayırlar. Bahar əyilir, Mələyi qucaqlayıb, üzündən öpür..

Bahar:

(gülümsəyərək)

-Mələk, canım, niyə tək gəlmisən?

Mələk:

-Tək gəlməmişəm ki, Anar dayı ilə gəlmişəm.

Aysu:

-Deməli, məşqimizi ən kiçik azarkeşimiz də izləyir.)

Şəms:

-Yaxşı ki, komanda ruhunu qoruyan bir nəfər var.)

Mələk topu yerə vurur, sonra Nuraya yaxınlaşır..

Mələk:

-Bilirsən, mən də bir gün “Aypara”da oynayacam !

Bu sözlər zalda gərginliyi tamamilə yumşaldır. Qızlar təbəssümlə bir-birinə baxır. Baharın gözlərində yumşaq bir sevgi və qərarlılıq var.

Bahar:

-O gün gələcək, Mələk. Amma bu gün, bu gün sənin qəhrəmanların məşqə davam edir.)

Bahar fit çalır, qızlar canlanır. Kamera zalın hərəkətlənən atmosferini göstərir. Mələk isə kənarda oturub, anasını və komandanı fərəhlə izləyir..

Elə bu anda qapı yenidən açılır. Bu dəfə Anar içəri girir. Bir əli ciblərində, digər əli ilə qapını örtür. Sakit və gülümsəyən baxışlarla zalı seyr edir..

Anar:

(şirin bir istehzayla)

-Komandanın ən balaca üzvünü qaçmağa öyrətmişəmsə, deməli mənim də bir nailiyyətim var.)

Qızlar gülür. Bahar Anara yaxınlaşır. İkisinin arasında qısa, lakin duyğulu baxış mübadiləsi olur..

Bahar:

-Ən çətin məşqdə belə, belə bir sürpriz ehtiyacım varmış.)

Anar:

-Sən bu qızlara ruh verirsənsə, mən də sənə nəfəs verməyə çalışıram.)

Bahar susur. Kamera bu cütlüyün arasında yumşaq bir bağ olduğunu göstərir. Anar başını yelləyir və qızlara baxır..

Anar:

-Qızlar ! Bahar sərt görünə bilər, amma onun ürəyi bu zaldakı kimi böyükdür. Məndən yaxşı, bunu siz bilirsiniz.)

Şəms:

-Təbiiki də bilirik.)

Gülşən:

-Nə yalan deyim, keçən illə müqayisədə biraz sərtləşib.)

Bahar:

-Yalan deyirlər, sərt deyiləm. Sadəcə, qalib olmalarını istəyirəm. Ona görə də tələb edirəm.

Aysu:

-Biz də qalib olmaq istəyirik, amma, yoruluruq.(

Bahar:

-Eee, bunu basketbolçu olmamışdan qabaq düşünmək lazım idi, Aysu.)

Aytac:

-Düz deyirsiniz də, amma, biraz fasiləmi versək.(

Nuray:

-Məncə də fasilə verək.(

Anar:

-O zaman fasilədə sizi gəzməyə aparsam, necə olar.) ?

Mələk:

-Gəzməyəmi ? Mən razıyam !

Bahar:

-Olmaz. Yarışa az qalıb, hazırlaşmalıyıq.

Qızlar və Mələk:

(birlikdə)

-Offf !

Qızlar, Mələk və Anar, Bahar`a məyus baxışlarla baxır. Bahar da onlara ciddi baxışlarla baxır...

Səhnə2. Şəhər gəzintisi.                                                   Çöl. Günorta.

Geniş parkın içində gəzən bir qrup insan görünür: Anar, Bahar, Mələk və "Aypara" komandasının beş üzvü. Qızlar idman geyimlərini dəyişiblər, daha rahat və gənc tərzdə geyiniblər. Hamı şən və yüngül söhbətlər içindədir. Bahar və Anar arxa tərəfdə, qızlar və Mələk öndədir..

Aysu:

-Nəhayət, idman zalından bayıra çıxa bildik.)

Anar:

-Əgər, mənim gəlişim işinizə yarıyırsa, tez - tez gələcəm.)

Bahar:

-Ancaq, məşqdən sonra olar.)

(asta səslə)

-Sənin gəlişin ən çox mənim işimə yarıyır, sevgilim.)

Anar:

-Vauuu.) Sən nə vaxtdan romantik olubsan, xəbərim yoxdur.)

Bahar:

-Bilməm.) Bax aaa, şımarma.)

Anar:

-Yaxşı.) Öpüm ?

Bahar:

-Yuh ! Hələ dedim, şımarma. Bilsəydim, romantik cümləni deməzdim.

Anar:

-Yaxşı, yaxşı, əsəbiləşmə.)

Bahar:

-Əsəbiləşdirmə o zaman sən də.)

Anar:

-Başüstə, Həyat Yoldaşım.)

Bahar:

-Həyat Yoldaşımmı ? Biz hələ evlənməmişik.

Anar:

-Nolsun ? Evlənəcəyik əvvəl - axır.

Bahar:

-Elgün də həbsxanada elə deyir axı.

Anar:

-Offf ! Bax, dərdim təzələndi. Nə zaman boşanacan ondan ?

Bahar:

-Boşanma kağızına imza atdığında.

Anar:

-Nə zaman imza atacaq ?

Bahar:

-Bilmirəm.

Anar:

-Olmaz belə ! Niyə boşanmır səndən ?!

Bahar:

-Şərəfsiz dirəşib, boşanmır da, mən nə edim ?!

Anar:

-Offf !

Mələk parkda qaçır, göyərçinləri qovur. Nuray onun arxasınca qaçıb “tutmağa” çalışır. Kamera onların arxasınca gedir..

Gülşən:

-Dondurma istəyən varmı ? Aysu:

-Sual verməyə belə ehtiyac yoxdur. Əlbəttə !

Qızlar dondurma almaq üçün toplaşır. Bahar isə Anarın yanında dayanır, gözləri ilə qızları izləyir..

Bahar:

(bir az rahatlamış tonda)

-Bəzən onlara baxanda içim rahatlayır. Yəni, hər şey buna dəyir.

Anar:

(Bahar`a baxaraq)

-Sən təkcə məşqçi deyilsən, Bahar. Onlar üçün örnəksən. Mələk üçün də.

Bahar susur. Mələk əlində dondurma ilə geri qayıdır, anasının əlinə yapışır..

Mələk:

-Ana, bir gün mən də onlar kimi olacam ?

Bahar aşağı əyilir, Mələyin gözlərinə baxır..

Bahar:

-Əgər istəsən və çalışsan, sən onların hamısından da yaxşı olacaqsan.)

Mələk gülümsəyir. Kamera bu kadrda dayanır: Bahar, Anar və Mələk birlikdə dayanıb, qarşıda isə beş qız gülə-gülə dondurmalarını yeyir. Yumşaq musiqi fonunda səhnə tədricən solur...

Səhnə3. Həbsxana.                                                                    İç. Axşam.

Görüş otağındakı masa arxasında qara rəngli dikdaban, dizindən qara rəngli yupka, ağ rəngli köynək geyinmiş, sarı rəngli saçları çiyinlərinə tökülmüş bir Qadın - Sevda əyləşib. Otağın qapısı açılır, içəri nəzarətçi ilə birlikdə qolları qandallı Elgün daxil olur. Elgün Sevda ilə üzbəüz əyləşir, nəzarətçi kənara çəkilir..

Sevda:

-Elgün, sənin nə işin var burda ?

Elgün:

-Nə sən soruş, nə mən cavab verim, Sevda.

Sevda:

-1 il xaricdə oldum, başına gələn qalmayıb, görürəm.

Elgün:

-Biraz elə oldu, amma, bu da keçəcək.

Sevda:

-Keçəcəkmi ? Elgün, sən həbsdəsən. Bunun fərqindəsən də ? Neçə il cəza veriblər və niyə veriblər cəzanı ?

Elgün:

-Sevda, olanları danışmaq üçün zamanım yoxdur. Sadəcə, sənin mənə köməyin lazımdır. Ya kömək edəcən, ya da etməyəcən.

Sevda:

-Necə bir köməyi nəzərdə tutursan ?

Elgün:

-İllər əvvəl necəki mənim qəlbimi ovsunlayıb, yuvamı yıxmağa çalışdınsa, indi də eləcə birinin qəlbini ovsunlayacan. Amma, bu səfər yuvasını yerlə-yeksan edəcən !

Elgün və Sevda ciddi baxışlarla bir - birinin gözlərinə baxır...

6.Bölümün sonu

Personajlar:

Nuray - 18 yaş, basketbolçu

Gülşən - 18 yaş, basketbolçu

Aytac - 18 yaş, basketbolçu

Aysu - 18 yaş, basketbolçu

Şəms - 18 yaş, basketbolçu

Bahar - 33 yaş, məşqçi

Anar - 36 yaş, idman müəllimi, Bahar`ın sevgilisi

Mələk - 7 yaş, Bahar`ın Qızı

Elgün - 36 yaş, Bahar`ın keçmiş həyat yoldaşı

Sevda - 30 yaş, Elgün`ün keçmiş sevgilisi

Şərhlər