To take advantage of all the features of the platform
Register
or
Log in
azAzerbaijani
enEnglish
ruRussian
Bakının Baş Planı 2040: Çoxmərkəzli paytaxtın infrastrukturu
February 7, 2024 at 8:09 AM
109

Bakının Baş Planı 2040: Çoxmərkəzli paytaxtın infrastrukturu

Bakı şəhərinin Baş Planı 2040 ilə qədər, yəni növbəti 20 il ərzində, şəhərin inkişafı üçün tərtib olunan strateji plandır. Paytaxtın bütün 212,3 min hektarlıq inzibati ərazisini əhatə edən plan, 2040-cı ilə qədər əhalinin 3,17 milyon nəfər olacağı və çoxmərkəzli şəhərin yaradılmasını ehtiva edir.

Çoxmərkəzli şəhər modeli

Plana görə, sakinlərin həyat keyfiyyətinin yüksəldilməsi üçün xidmətləri müxtəlif regionlar üzrə paylayan çoxmərkəzli şəhərə çevrilməsi təklif olunur. Bütün sakinlər üçün bərabər imkanların təmin edilməsi məqsədilə Mərkəzi Bakı, Regional Mərkəzlər (Ələt, Mərdəkan, Sumqayıt) və Alt-mərkəzlər (Lökbatan, Binəqədi, Sabunçu, Zığ/Hövsan, Xırdalan) müəyyən edilib.

Mərkəzi Bakı, Regional və Alt-mərkəzlər
Mərkəzi Bakı, Regional və Alt-mərkəzlər

Əhali artımı

"Artım tempinin nisbətən aşağı" olacağını nəzərdə tutan plan, Bakı əhalisinin 2040-cı ilə qədər 3,17 milyon nəfərə çatmasını nəzərdə tutur ki, bu da torpaqdan istifadə, mənzil, nəqliyyat və infrastrukturla bağlı qərarlara təsir göstərir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin təqdim etdiyi “Azərbaycan Respublikasının iqtisadi rayonları və inzibati ərazi vahidlərinin ərazisi, əhalisinin sayı və sıxlığı” cədvəlinə görə 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınması nəticəsində paytaxtın əhali sayı 2,33 milyon, 01.01.2023-cü il tarixinə isə 2,336 milyon kimi qeyd olunur.

Azərbaycan Respublikasının iqtisadi rayonları və inzibati ərazi vahidlərinin ərazisi, əhalisinin sayı və sıxlığı
Azərbaycan Respublikasının iqtisadi rayonları və inzibati ərazi vahidlərinin ərazisi, əhalisinin sayı və sıxlığı

Müxtəlif riyazi modellər və fərqli hesablama yanaşmalarının tətbiqi ilə aparılmış təhlillərə görə hesabat dövrü üçün şəhər əhalisinin 2,88 – 3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilmişdir.

AS+P şirkəti tərəfindən aparılmış hesablamalar
AS+P şirkəti tərəfindən aparılmış hesablamalar

Nəqliyyat şəbəkəsinin genişləndirilməsi

Metro sisteminin inkişafını, dəmir yolunun genişləndirilməsini, küçə-yol şəbəkəsinin təkmilləşdirilməsini, velosiped yollarını və xüsusi ictimai nəqliyyat zolaqlarını əhatə edən nəqliyyat infrastrukturunun hərtərəfli genişləndirilməsi nəzərdə tutulur. 2040-cı ilə qədər metro şəbəkəsinin iki dəfə artaraq 46 stansiya ilə 73,4 km-ə çatacağı proqnozlaşdırılır.

Vahid hərəkətlilik yanaşması
Vahid hərəkətlilik yanaşması

Ekoloji Davamlılıq

Keçmiş sənaye dövründən qalan ətraf mühit problemlərini həll etmək üçün, bu kimi məqsədlər təyin olunub: göllər və torpaqların təmizlənməsi, “istilik adası” təsirinin və havanın çirklənməsini azadılması, daşqınların qarşısını alınması.

Əsas məqsəd, adambaşına düşən 8 kvadratmetr yaşıl sahəni təmin etmək üçün yaşıl sahələrin artırılmasıdır. Planda olan layihələrə, Xocahəsən gölünün ətrafında park salınması, Bakı bulvarının genişləndirilməsi, Böyükşor, Zığ və Bülbülə göllərinin ətrafında yaşıllıq zonalarının yaradılması daxildir.

Şəhərdaxili yaşıl hibrid dəhliz
Şəhərdaxili yaşıl hibrid dəhliz

İcra

14 dekabr 2018-ci il tarixində yerləşdirilən məlumata görə, birinci mərhələdə, açıq tender əsasında seçilən Almaniyanın "AS+P" şəhərsalma şirkəti qalib seçilmişdir. Beləliklə, layihə, dünyanın müxtəlif bölgələrində böyük şəhərlərin planlaşdırılmasında geniş təcrübəyə sahib olan bu nüfuzlu şirkət tərəfindən icra olunacaq. Şəhərsalma və arxitektura sahəsində 20 ildən çox təcrübəyə malik olan "AS+P" şirkəti belə kimi layihələri icra edib:

"Elevation E" hündürmərtəbəli yaşayış evi
"Elevation E" hündürmərtəbəli yaşayış evi
Məhəmməd Bin Salman Qeyri-kommersiya Şəhəri
Məhəmməd Bin Salman Qeyri-kommersiya Şəhəri
Heidelberg Materials Qərargahı
Heidelberg Materials Qərargahı
Badya Şəhəri
Badya Şəhəri

Xülasə

Planın miqyası, o cümlədən nəqliyyat şəbəkəsinin genişləndirilməsi, ekoloji dayanıqlılıq tədbirləri və infrastrukturun təkmilləşdirilməsi əhəmiyyətli resurslar və dəqiq icra tələb edir. Düşünürəm ki, ekoloji və iqtisadi məqsədlər arasında potensial ziddiyyətlər yarana bilər və qeyd olunan yaşıl sahələrə nail olmaq yolunda şəhər sıxlığında maneələr yarana bilər. Ondan savayı, tərəflər arasında planın həyata keçirilməsi üzrə mübahisəli proseslərin yaranması da mümkündür.

Lakin çətinliklər müvəqqətidir və onlara baxmayaraq, bu plan, şəhərin gələcəyi ilə bağlı nikbinlik yaradır. Planın, tam olmasa belə, mühüm hissəsinin icra olunacağına müsbət baxıram.

5
Comments