Qorunan ruhlar–Bölüm 1
SƏHNƏ-1
İNT–LALİNİN OTAĞI-AXŞAMÜSTÜ
(Otaq yarımqaranlıqdır. Mavi çiçəkli çarpayının üstündə Lalin uzanıb. Başının yanında, şkafın üzərində bir boyunbağı yanıb-sönür – sanki keçmişin ürək döyüntüsü kimi.)
LALİN
(Boyunbağıya baxaraq)
–Yaxşıyam,nənə..
(Gözünü boyunbağıya zilləyir, gözündən yaş damlası qulağına süzülüb onu diksindirir. Gözünün qarşısına gələnlər yox olsun deyə gözünü ovuşdurur.Mahnı mızıldanır,başını iki əlinin arasına alır.)
SƏHNƏ–2
İNT–LALİNİN OTAĞI–AXŞAMÜSTÜ ( 2saat sonra )
(Salondan pıçıltı səsləri gəlir.Lalin oyanır,yatdığından saatdan belə xəbəri olmur.Salonda nənəsi ilə qonşu xala söhbət edirlər.Lalin saçını toplayır,həmin an atasının saçlarını “sərvəQm” deyə əzizləyib sığallamasını xatırlayır..)
4 İL ƏVVƏL..
İNT–LALİNİN OTAĞI–GECƏ
(Lalin çarpayısında mürgüləyir.Atasının bir əlini sıxı-sıxı qucaqlayıb,atası digər əli ilə Lalinin saçlarını sığallayır,əlinə alıb qoxusunu içinə çəkir.)
LALİN
(yuxulu səslə)
–Ata,sən məni çox istəyirsən?
ATASI
-Balamı hər şeydən çox istəyirəm.
LALİN
–Bəs,ata, anamı daha çox yoxsa məni?
(Atası gülümsünür,Lalinə tərəf əyilib qulağına pıçıldayır)
ATASI
–Anan eşitməsin,yoxsa,bizdən küsər
(Lalin də gülür,həmin vaxt arxada qapıya söykənib onları izləyən ana görünür)
ANASI
–Hmm, yaxşı, atası. Mən sizi eşitmədim kimi davranacağam. (Lalinlə atası bir-birinə baxıb gülürlər)
LALİN
–Ana,sən həqiqətən bizdən küsdün? Mən səndən küsəndə deyirsən ki, “qızım,uşaq deyilsən” indi sən də uşaq oldun, ana?
(Lalinlə anası bir-birinə baxaraq gülürlər.)
ANASI
–Yox,balam, mən səndən küsmədimki
ATASI
–Yox, qızım, anan məndən küsüb, dedim axı, küsəyən olub anan bu aralar
İNDİKİ ZAMAN...
ARXA FONDA SƏS
“Uşaqlıq zamanları..problem nədir bilmirsən,ciddiyə almırsan.
Problemlər dünya bina olandan bəri var,amma valideynlər səni görən zaman onları unudurlar.
Sonra yaş artır,problemlər artır və çıxmaza girirsən. Ən böyük problemin elə dünyanın mövcudluğu olduğunu xatırlayaraq yaşayırsan..”
İNT–LALİNİN OTAĞI-AXŞAMÜSTÜ
LALİN
(Öz-özünə)
–İnsan dəyərli olanı itirərmi?
(Udqunur, güzgüdəki əksinə-gözlərinin düz mərkəzinə dikir gözlərini. Sanki keçmişə dalır, nələrisə qurdalayıb tapır zehnindən, və yenə dillənir.)
–Heç onu qorumaqdan ötrü çabalamazmı?
(Qayçını götürür çəkməcədən,bir qayçıya, bir güzgüdəki əksinə baxır.Həm kədəri, həm də məyusluq oxunur gözlərində. Sadəcə, onun olduğuna inandığı bir şeyi də məhv edir, ya da sadəcə onun olduğuna inandırdıqları..
1-Cİ BÖLÜMÜN SONU