Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Tamamilə yenilənmiş redaktoru təqdim edirik!
30 aprel 2024 04:25
105

Tamamilə yenilənmiş redaktoru təqdim edirik!

Əziz və hörmətli istifadəçilər, tamamilə yenilənmiş redaktorumuzu və əlavə xüsusiyyətləri təqdim edirik! Təkcə məzmun yaratma prosesini asanlaşdıran deyil, həm də yazı təcrübənizi artıracaq yeni xüsusiyyətlər gəlir!

Sizi hansı yeniliklər gözləyir? Bunun üçün, qısa videonu izləyə bilərsiniz. Yeniliklər ilə ətraflı tanış olmaq üçün, onlar haqqında daha detal aşağıda oxuya bilərsiniz.


Yeni dizayn

İlk təəssürat vacibdir, elə deyilmi? Buna görə də ilk mərhələ olaraq redaktoru yeni rənglər ilə boyadıq. Köhnə və dağınıq dizaynla vidalaşın, parlaq və intuitiv dizaynı qarşılayın.


Bir? İki? Üç qaralama!

Dərc etməzdən əvvəl, məqaləyə tez-tez bir neçə dəfə düzəliş olunur. Buna görə də üçə qədər qaralama xüsusiyyətini tətbiq etdik. İndi məqalənizi itirmədən müxtəlif ideyaları araşdıra, müxtəlif strukturları sınaqdan keçirə bilərsiniz.


Daimi sinxronizasiyası

“Yadda saxla”, “Yadda saxla”, “Yadda saxla”... Bundan sonra etdiyiniz hər dəyişikliklər avtomatik olaraq və real vaxt rejimində buludda etibarlı şəkildə yadda saxlanılacaq. İstər kompüterinizdən, istərsə də mobil cihazınızdan işlədiyinizdən asılı olmayaraq, ən son redaktələriniz həmişə əlçatandır.


Məqaləni izləmək indi daha asan

Məqaləm hanı?! Nəhayət yeni məqalə izləmə statusları ilə, məqaləniz artıq heç vaxt qaranlıqda qalmayacaq. Beləliklə, məqalənizin yoxlanış statusunu hər addımda asanlıqla izləyə biləcəksiniz.

Hələlik bu qədər. Yeni xüsusiyyətləri sınaqdan keçirmək üçün məqalə yazmağa indi başlayın!

5
Müəllif
Şərhlər