Ödəniş Siyasəti
Qüvvəyə minmə tarixi: 10 iyun 2025-ci il
Bu Ödəniş Siyasəti www.poscrib.com domenində yerləşən Poscrib Veb saytından istifadə zamanı ödənişlərin tənzimlənməsi, komissiya və abunəlik haqlarının hesablanması və digər əlaqəli məsələləri müəyyən edir.
Hazırkı Ödəniş Siyasəti İstifadəçi Razılaşmasının tərkib hissəsi sayılır.
Terminlər və anlayışlar
- Ödəniş Siyasəti İstifadəçilərə Poscrib Platformasında yerləşdirilmiş Məzmun üzrə gəlir qazanmağa imkan yaradır.
- Bu sənəddə istifadə edilmiş digər anlayış və ya terminlər Məxfilik Siyasəti, İstifadəçi Razılaşması və digər zəruri sənədlərdəkilərlə eynilik təşkil edir.
Ümumi müddəalar
- Platformada ödənişli xidmətlərdən istifadə edən İstifadəçi ödəniş üçün zəruri hərəkətləri edərək bu Ödəniş Siyasəti və onun şərtləri ilə razılaşdığını təsdiqləyir.
- Poscrib ödəniş əməliyyatlarının uğurlu və təhlükəsiz icrası üçün yüksək səviyyəli mümkün tədbirləri yerinə yetirir.
- Ödəniş əməliyyatlarının tərəfləri ödənişlərin Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq olaraq qəbul etdiyi normativ xarakterli aktlarına uyğun olaraq həyata keçirilməsinə təminat verirlər.
- Ödəniş əməliyyatı ilə bağlı qarşılaşılan çətinliklər Poscrib-in [email protected] email ünvanına göndərilə bilər.
Ödəniş modelləri
Poscrib ödənişin həyata keçirilməsinin iki üsulu mövcuddur:
- Dəstək
- Abunəlik ödənişi
- Dəstək İstifadəçi tərəfindən digər İstifadəçi fərdi və birdəfəlik ödəniş formasında həyata keçirilən maddi yardımdır. Dəstəyin məbləği dəstək göndərən İstifadəçi tərəfindən müəyyən olunur. Dəstək İstifadəçinin Platformaya əlavə edilmiş kart hesabından çıxılır və Dəstəyə qəbul edən şəxsə ödəniş vasitəçisi tərəfindən çatdırılır.
- Abunəlik ödənişi Nəşriyyata Abunəçi qismində qeydiyyatdan keçmiş İstifadəçilər tərəfindən Abunə Planında müəyyən edilmiş qaydada və məbləğdə aylıq qaydada icra olunur.
Ödəniş qaydası
- Abunəlik ödəniş qəbul etmək üçün İstifadəçi və Nəşriyyat Administratoru Platformanın müəyyən etdiyi ödəniş vasitəçisində hesab açmalıdır.
- İstifadəçi və Nəşriyyat Administratoru Platformanın müəyyən etdiyi vasitədən istifadə etməklə ödəniş vasitəçisində açdığı hesabla Platformada açdığı hesabı əlaqələndirməlidir.
- Poscrib təqdim edilmiş məlumatların düzgünlüyünü yoxlamır və yaranmış xətalara görə məsuliyyət daşımır.
- Abunəlik sistemi aktivləşdirildikdən sonra Nəşriyyatın Administratoru Abunəlik Planlarını adlandıra, qiymətləndirə, qiymətlərdə dəyişiklik edə, təsviri hissə əlavə edə və ya silə bilər.
- Təqdim edilən Abunəlik Planlarından biri seçildikdə abunəlik prosesi aktiv edilir. Əgər seçilən abunəlik paketi ödənişsizdirsə, İstifadəçi birbaşa olaraq abunəçi hesab edilir. Əgər abunəlik paketi ödənişlidirsə, İstifadəçi bu zaman ödəniş səhifəsinə yönləndiriləcəkdir. Ödəniş uğurla tamamlandıqdan sonra İstifadəçi yenidən Nəşriyyat səhifəsinə yönləndiriləcək və abunəlik statusu barədə məlumat əldə etmiş olacaq.
- Abunəlik paketinin ümumi qiymətinin 10 faizi Poscrib vebsaytı tərəfindən komissiya haqqı olaraq tutulacaqdır.
- Nəşriyyat tərəfindən Abunəlik Planının qiyməti dəyişdirildikdə və ya abunəlik paketi silindikdə, Abunəçilər həmin paketin premium üstünlüklərindən sifarişin sonunadək istifadə edə biləcəklər.
- Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən, ödənişlərdən ƏDV və tələb edilən digər vergilər tutula bilər.
- “Chargeback” halı baş verərsə, Poscrib geri qaytarılan məbləği Nəşriyyatın hesabından çıxmaq və ya növbəti ödənişlərdən kompensasiya etmək hüququna malikdir.
- Avtomatik yenilənən abunəlik xidmətindən istifadə zamanı Poscrib ödəniş dövrünün ilk günündə təqdim edilmiş bank kartı məlumatlarından müvafiq abunəlik üçün ödəniş çıxacaqdır. Əgər bank kartının müddətinin bitməsi və ya digər səbəblərə görə ödənişin çıxılması mümkün olmazsa, Poscrib abunəlik xidmətinə çıxışı dərhal ləğv etmək hüququnu özündə saxlayır.
- Avtomatik yenilənən abunəlik xidmətindən istifadə edərkən abunəlik xidməti dayandırıldıqda ödənilmiş məbləğ geri qaytarılmır və xidmətin ləğvi növbəti ödəniş tarixində qüvvəyə minir.
- Abunəlik xidmətindən istifadə ödənişin icrasının uğurla başa çatması anından mümkündür.
- Ödənilmiş abunə haqları və digər xidmət haqları qətidir və bu Siyasətdə qeyd edilən hallar istisna olmaqla, geri qaytarılmır.
Təhlükəsizlik
- Sistemin təhlükəsizliyini təmin etmək üçün ödənişlərin icrasında SSL (secure sockets layer) / TLS (transport layer security) texnologiyasından istifadə edilir.
- Vebsaytda əlavə edilmiş hesabların etibarlılığı iki mərhələli autentifikasiya prosedurlarına uyğun olaraq yoxlanılır.
- Avtomatlaşdırılmış aşkaretmə sistemi ilə uğursuz ödənişlər və şübhəli əməliyyatlar aktiv şəkildə izlənilir.
Məsuliyyət
- Bu sənəddə göstərilən qaydalar pozulduqda, Poscrib İstifadəçilərin fəaliyyətini məhdudlaşdırmaq və ya hesablarını dayandırmaq hüququna malikdir.
- Abunəlik şərtləri pozulduğu halda həmin şəxsin abunəliyi dərhal xəbərdarlıq edilmədən dayandırılırarsa, Poscrib ödənişin geri qaytarılması üçün məsuliyyət daşımır.
- Ödəniş prosesi zamanı bloklanma və ya xətanın baş verməsi ödənişin rədd edilməsi ilə nəticələ bilər. Bu hallar üçün Poscrib məsuliyyət daşımır.
- Platforma, təqdim olunan xidmətlərin fasiləsiz və ya səhvsiz olacağını təmin etmir və texniki problemlərə, kibertəhlükəsizlik risklərinə və digər əlaqəli risklərə görə məsuliyyət daşımır.
- “Chargeback” halları baş verərsə, ödənişlərin geri qaytarılması üzrə Poscrib məsuliyyət daşımır.
- Ödənişlərin icrasının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununa uyğun qaydada həyata keçirilməsinə görə ödəniş əməliyyatının hər bir iştirakçısı məsuliyyət daşıyır. Poscrib İstifadəçilər arasında olan ödənişlərlə bağlı hər hansı məsuliyyət daşımır.
Mübahisələrin həlli
- Azərbaycan Respublikasının məhkəmələri bu Ödəniş Siyasətindən irəli gələn və ya əlaqədar olaraq yaranan hər hansı mübahisələrə dair müstəsna səlahiyyətlərə malikdirlər.
- Yuxarıda qeyd edilən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilməlidir.
Digər şərtlər
- Poscrib bu Ödəniş Siyasətinə istənilən vaxt dəyişiklik etmək hüququna malikdir. Yeni Ödəniş Siyasəti, Ödəniş Siyasətinin yeni nəşri ilə başqa hal nəzərdə tutulmayıbsa, Saytda yerləşdirildiyi andan qüvvəyə minir.
- Poscrib-in ödəniş əməliyyatı ilə əlaqədar topladığı və işlədiyi fərdi məlumatların mühafizəsi qaydaları Məxfilik Siyasətində müəyyən edilmişdir.
- Ödəniş Siyasətinin şərtləri haqqında məlumat almaq məqsədi ilə Saytı nəzərdən keçirmək İstifadəçi və Ziyarətçilərin məsuliyyətidir.
- Bu Ödəniş Siyasəti Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir və şərh olunur.
Əlaqə
Ödəniş əməliyyatları ilə bağlı sorğu və şikayətlər Poscrib-in e-poçt: [email protected] ünvanına göndərilə bilər.
"POSCRIB" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 1406546021
E-poçt: [email protected]