Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Dəyişim və onun yolları
14 yanvar 2024 19:21
520

Dəyişim və onun yolları

Dəyişim həyatda inkişafın əsas ifadələrindən biridir.Dəyişiklik olmadan inkişaf olmaz deyiblər.Dəyişim bir qərarla başlasa da heçvaxt bir qərarla başlamaz.Yəni dəyişim üçün qərar versək də heç də qərar verdiyimiz anda dəyişikliyə nail ola bilmirik.Burada səbəb birçox nüanslar vardır.

Dəyişimin birinci addımı oyanış,fərqindəlikdir.Biz fərqində olmalıyıq ki,həyatımızda nəyi dəyişmək istəyirik və bunu niyə istəyirik.Bu niyələr bizim dəyişiklik yolumuzda xəritə rolunu oynayacaqdır.

Nəyi dəyişmək istəyirsiniz ? Tutaq ki yuxu rejiminizi dəyişmək istəyirsiniz,ya da bunun kimi bəzi vərdişlərinizi dəyişmək istəyirsiniz.Bunu istəməyinizdəki səbəb yuxunuzun keyfiyyətsiz olması,gün içində yuxusuz olmanız,yorğun hiss etməniz və yaxud da yuxuda olma vaxtınızın çox olması və s. ola bilər.Dedik ki ilk addım fərqindəlikdir.Vərdişinizi niyə dəyişmək istəyirsiniz ? Əvvəlcə bu suala cavab tapın.Burada birdən çox cavablar ala bilərsiniz.Bunları əl yazınız ilə qeyd etməyiniz daha yaxşı olar.Bu yazılarınız sonralar sizə motivasiya və stimul da olacaqdır.Rejiminizi dəyişdirmək istəyirsinizsə sizi bu qərara gətirən bütün səbəbləri bir-bir qeyd edin.

İllər əvvəl izlədiyim bir ted çıxışında Simon Sinek Apple şirkətinin innovasiya sirrindən danışarkən 3 sual qeyd etmişdi.Bu suallar “niyə,nə və necə” sualları idi.Şirkət bir məhsul istehsal etmədən əvvəl özünüzə ilkin olaraq “niyə” sualını verirdi.Onlar bilirdilər ki bir məhsul niyə yaranmalıdır sualına dolğun cavab tapırsa onun nə olacağı və necə başa gələcəyi ikinci dərəcə əhəmiyyətli suallardır.Uğur yolunuzda özünüzə ilkin olaraq siz də bu sualı verin “niyə ?” Bu sualın cavabını tapdıqdan sonra nə edəcəyiniz və necə edəcəyiniz sizə daha aydın olacaqdır.

Əsas işimiz niyə sualına cavab tapdıqdan sonra başlayır.Necə ki qərar anında dəyişim gətirmir,eynilə də fərqindəlik,yəni bilmək bizi dəyişikliyə gətirmir.Fərqindəliyin ardından dərhal hərəkətə keçmək lazımdır.Yoxsa sadəcə nəyi dəyişməli olduğunuzu və niyə istədiyinizi dəqiq olaraq bilməniz bunu etmənizi təmin etməyəcəkdir.Hərəkətə keçməyən fərqindəlik peşmanlıqdır deyə bir cümlə oxumuşdum.Hərşeyi bilsə də addım atmaz bəzən insan.Hərəkətə keçmə iradə deməkdir.Fərqindəlikdən sonra ikinci addım iradədir.Dəyişim iradə ilə mümkündür.İradəli olmamızda güclü məqsəd yəni güclü istək yaxşı rol oynayır.Lakin iradəli olmamızda bizə ən çox sağlıqlı vərdişlərimiz kömək olacaqdır.Disiplinlə,həvəssiz və yorğun olsaq belə çalışdığımız hər iş bizim iradəmizi gücləndirir.

Daha iradəli olmanız üçün sağlam yuxu rejimi,günün erkən saatlarında çətin işlərinizi görməyiniz,özünü məcbur etmə qabiliyyətinə sahib olmanız,diqət dağınıqlığınızı azaltmanız,istəklərinizi arada məhdudlaşdırıb özünüzlə challenge’lar etməniz,həzzi ertələməniz,kiçik alıqanlıqlar qurmanız və s. sizə çox kömək edəcəkdir.

Gördüyümüz hər iş(buna seçim və qərarlarımız da daxildir)bizdən az-çox iradə tələb edir.Bu işlərin çoxluğu və çətinliyi bir digər iş anında qalan iradəmizi müəyyən edir.Buna görədir ki dünyada uğurlu insanlar gün ərzində seçimlərini azaltmaq üçün günlərini əvvəlcədən planlayırlar,hətta bu plana geyinəcəkləri paltar və yeyəcəkləri yemək də daxildir.Bu planlamanı robotik olaraq düşünməyin,nəzərdə tutduğum plan dəqiqə və dəqiqə etməli olduqları işlər yığını deyildir.

Hərşey ziddiylə inkişaf tapar.İradəli olmaq istəyiriksə iradəmizin çətinlik çəkəcəyi işlər görməliyik.Burada özünü məcbur etmə əsasdır.İradə sehr deyildir,başlı-başına özünü məcbur etmə qabiliyyətidir.Bu qabiliyyətə kömək edən bəzi üsullara keçməzdən əvvəl bilməliyik ki,iradə gücləndirilə bilən bir məhfumdur.İradə formalaşdırmaq üçün nə 21 nə də 90 gün tam olaraq yetərli olmayacaqdır.Bəzən daha az bəzənsə daha çox vaxt aparacaqdır,çətinliklər bundan sonra da tam bitməyəcəkdir.

İnkişafın əsas göstəricisi iradənin artırılması üçün gəlin 2 üsula baxaq.

1)Yox demək

Faydasız hər qidaya,sözə,təklifə,fikrə və ən adi telefon bildirişlərinə yox demək çox vacibdir.Şəkərli qidalar,maraqlı oyunlar,sosial şəbəkələrin cəlbedici bildirişləri bizi cəzb edir.Bu cəzbedicilərə yox demək bizdən asılıdır və onlara qarşı qoyduğumuz qədər güclüyük və yox dediyimiz qədər güclənəcəyik.


2)Planlama

Gün başından sonuna qədər iradəmiz birçox iş və seçimlərə məruz qalaraq çox çalışır.Bu çalışma ümumi iradə gücümüzü olmasa da gün içi iradəmizi azaldır.Buna görə də plan qurarkən günün çətin işlərini daha erkən vaxtda etməyə diqqət yetirməliyik.


  • Beynimizin istəkləri

Burada üsul yox bilməli olduğumuz bir məlumatı bölüşmək istəyirəm.Beynimiz biz nə qədər 21-ci əsrdə yaşasaq da onmin illər əvvəlki kodlandığı formada fəaliyyətini davam etdirir.O illərdə qida indiki qədər tapılan olmadığı üçün beynimiz daha az enerji sərfi üçün çalışırdı.Əsrlər keçsə belə beynimizin kodlaması bucürdür,beynimiz az enerji sərf etmək istəyir,çətinlik istəmir.Biz dəyişiklik və inkişaf etmək istəyiriksə bunu bilməyimizdə fayda var. 


Və inkişafın üçüncü addımı səbrdir.Yavaş uğur xarakter,tez uğur eqo yaradar deyiblər.Səbrli olmaq uğur üçün vacib nüansdır.Asan əldə olunan uğur yoxdur,səbrli olmalısınız.

4
Müəllif
Şərhlər