Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
"Dünya böyük səhnədir?! Və biz aktyoruq?!"
29 aprel 2024 20:18
276

"Dünya böyük səhnədir?! Və biz aktyoruq?!"

Mən aktyoram. Və gəlin ilk əvvəl sizə "niyə məhz aktyor sənəti?" sualına olan cavabımı deyim:

  • Mən çox qatı mühafizəkar dindar olduğum zamanlarda həmişə beynimin dərinliklərində bir sual dolanırdı: "biz məsciddə insanları müsəlman olmağa dəvət edirik amma zatən ora yığılanlar hamısı müsəlmandırlar". Məhz bu ideyadan yola çıxaraq sonda fərqinə vardım ki, "məsciddə müsəlmanlara moizə oxumaqdansa, teatrda bütün dini etiqadından asılı olmayaraq insanlara əsl insanlıqdan bəhs edim"

Nə isə....


Qayıdaq mövzumuza. İndi sizə xəyali bir insan modeli deyəcəm və sizdə onu beyninizdə canlandırmağa çalışın. Məsələn bu insanın adı "Zaur" olsun. Zaur səhər tezdən yuxudan ayılıb mətbəxə keçir və anasını qucaqlayıb ona uşaq kimi sürtünməyə başlayır. Bu Zaurun günün ilk saatında büründüyü ilk obrazdır. Daha sonra Zaur küçəyə çıxıb, avtobus dayanacağına doğru gedir. Avtobus dayanacağında və avtobusda özünü "məsuliyyətli vətəndaş" obrazında aparır ki, insanlar onun da var olduğunu hiss etsinlər. Lakin yuxudan gec ayıldığı üçün işə gecikən Zaur müditlə üz-üzə gələrkən günün ilk yalanını uydurur: "Bağışlayın müdir, yollar tıxac idi. Bizim sürücüdə sərnişinlərdən biriylə dalaşdı deyə avtobus bir az ləngidi". Müdir onun yalanına inandı - çünki Zaur özüdə öz yalanına inanmışdı. Və günün sonunda Zaur dostlarıyla çay içməyə gedəndə "Rembo" obrazında getdi. Çünki dostlarının arasında gözəl qızlarda var idi. 


Beləliklə biz Zaurun bir gündə neçə-neçə obraz dəyişdiyin görürük. Və bütün bu obrazlar "Dünya" adlı böyük teatr səhnəsində canlandırılır. Sadalananlar hamısı "Aktyor sənəti" elementləridir və insan həyatından da yan keçmir. 


Bəs siz hansı obrazlara bürünürsüz?


4
Müəllif
Şərhlər