Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Frilans karyeranın üstünlükləri
24 dekabr 2023 14:44
316

Frilans karyeranın üstünlükləri

Frilans iş ilə məşğul olanların sayı son bir neçə ildə böyük ölçüdə artıb. Bu isə, bir çox peşəkarı ənənəvi iş mühitindən tamamilə kənarlaşmağa sövq etməklə yanaşı onlara daha böyük gəlir də gətirib.

İllər keçdikcə, frilanserlərin gördüyü işə həmişəkindən daha ciddi yanaşılır və onlara tələbat getdikcə artır.

İndi isə gəl bir neçə addım geriyə qayıdaq və frilanserliyin davamlı karyera yolu olub-olmadığına nəzər yetirək.

Bir çox ekspert və təcrübəli frilanserlər sərbəst fəaliyyətin öz bilik və bacarıqlarına güvənən fərdlər üçün davamlı karyera yolu olması ilə razılaşırlar.

Frilanserlik ona hansı məqsədlə başladığımızdan asılı olmayaraq, əla fürsətdir.

Frilanserlik uzunmüddətli karyera seçimi kimi

Frilanserlər razılıq əldə etdikləri uzunmüddətli müştəriləri sayəsində sabit gəlir əldə edə bilərlər. Lakin bu, yeganə yol deyil. Ara-sıra da olsa gələn qısa, lakin gəlirli işləri də unutmaq olmaz. Onları işimizi yaxşı gördüyümüz üçün bizə verilən bonuslar kimi də görmək mümkündür.

Kifayət qədər geniş müştəri portfoliosu yaratdıqdan sonra bu işi bir rejim halına salmaq və beləliklə də, daha qısa zamanda daha çox işi təhvil vermək mümkün olacaqdır. Bunun reallaşması isə illər ərzində əldə edəcəyin təcrübə və peşəkarlıqla olacaq bir şeydir.

Aparılan bir sorğuya əsasən, hər altı frilanserdən beşi işə başladıqdan sonra iki il ərzində gəlir hədəflərinə çata bilib.

Üstəlik, bu işə bir biznes sahibi kimi yanaşmaq uğur qazanmaq istəyənlər üçün çox vacibdir. Odur ki, çox vaxt alan, lakin yetərincə gəlirli olmayan işlərdən zamanında imtina etməyi, sənə ən çox pul qazandıran layihələrə daha çox vaxt ayırmağı və resurslarını ağıllı şəkildə xərcləməyi öyrənməlisən. Bütün bunlar zamanla əldə edəcəyin təcrübə ilə yoluna düşəcək nüanslardır.

Frilanserlər bunu daha çox gəlir əldə etmək üçün edirlər

Əksər frilanserlər əlavə gəlir əldə edə biləcəkləri bu işə qısa vaxtlıq atılmırlar. Onlar bunu uzunmüddətli perspektivdə uğur qazanmaq üçün edirlər. Əslində, araşdırmalar bizə göstərir ki, frilanserlərin 54 %-i sərbəst iş qrafikinə keçdikdən sonra tam ştatlı işə qayıtmaq istəmir.

Unutmayaq ki, söhbət peşəkarlardan gedir. Hansı ki, bu yolda solo hərəkət etməyə qərar verməzdən əvvəl həmin sənayedə böyük iş təcrübəsi toplayıblar. Onlar illər ərzində lazımi əlaqələr qurmuş və daha çox müştəriyə necə çata biləcəklərini öyrənmiş kəslərdir.

Uğurlu frilanserlər bir çox hallarda daha çox gəlir əldə etmək üçün illər ərzində gördükləri işləri vitrinə düzürlər. Heç təsadüfi deyil ki, frilanserlərin 86 %-i öz işlərinin marketinqini aparır və beləliklə də, daha çox insana özlərini tanıtmağa çalışır.

Rəqəmlər göstərir ki, bir frilanser kimi marketinqə sərmayə qoyuluşu özünü doğruldur. Hər bir frilanser ediləcək marketinq fəaliyyətlərini öz üzərinə götürə və ya bunu peşəkarlara həvalə edə bilər.

Təcrübəli frilanserlər xoşbəxtdirlər

Frilanserlər başqası üçün işləyən həmkarlarına nəzərən daha xoşbəxtdirlər. Özəlliklə də, 35 yaşdan yuxarı olanlar özlərindən daha gənc həmkarları ilə müqayisədə tam ştatlı işə qayıtmaq ehtimallarının daha az olduğunu qəbul edirlər. Bundan əlavə, araşdırmalar göstərir ki, onların 57 %-i sərbəst iş qrafikinin onlara gətirdiyi iş/həyat balansından razıdır.

Diqqətəlayiq olan başqa bir nüans isə sorğuda iştirak edənlərin özlərini necə etiketləməyi seçmələridir. Bu, onların özlərini necə gördükləri haqqında bizi fikir sahibi edir. Onların yarısı özünü öz işinin sahibi kimi tanıdarkən, 19 %-i özünü kiçik biznes sahibi adlandırıb. 12 % iştirakçı frilanser terminini bəyəndiyini, digər 19 % isə özünü sahibkar kimi gördüyünü qeyd edib. Eyni araşdırma zamanı, respondentlərin gördükləri işdən həzz aldıqları və öz işləri haqqında başqalarına danışmaqdan qürur duyduqları da müşahidə olunub.

Frilanserlik ofisdəki cari iş/həyat balansından narazı olanları bəzi zəruri həllərlə təmin edə bilər. Düzdür, keçid dövrü bir az sancılı ola bilər, lakin buna dəyəcəyindən əmin ola bilərsən.

Belə-belə işlər

Belə çıxır ki, frilans işlər görmək uzunmüddətli karyera seçimi ola bilər. Amma bir şərtlə ki, bu işə planla girəsən və özünü və xidmətlərini bazarda tanıtmağa hazır olasan.

Sərbəst qrafiklə işləməyi seçənlərin sayı çox böyük sürətlə artır və bir çox peşəkar başqası üçün deyil, özü üçün işləməyi seçir. Bu addımı atmaqla onlar, qazandıqları azadlıqdan və gəlir artımından həzz alırlar.

Bir çox fərd bu karyera seçimindən məmnundur və bunu uzun müddət davam etdirməyi hədəfləyir.

Hal-hazırkı reallıq budur ki, istər frilanserlər, istərsə də şirkətlər bu azadlığın gətirdiyi faydalardan razı görünürlər. Frilanserlər hər gün işə getməkdən qurtulur, iş yerləri isə onlar üçün rahat şərait təşkil etməyin səbəb olacağı əlavə xərclərdən xilas olurlar. Necə deyərlər, hər kəs xoşbəxtdir!

Yaxşı bir plana və rəqabətədavamlı bacarıqlara sahib hər kəs bu yolda uğur qazanacağına inana bilər. Bilmək olmaz, bəlkə bu məqaləni oxuyan kəslərdən birinin frilans karyerası o qədər uğurlu olacaq ki, o da bir gün öz şirkətini açacaq. Hər ehtimal mümkündür. Odur ki, frilans və ya ənənəvi olmasından asılı olmayaraq, işləməyə davam!

4
Müəllif
Şərhlər