Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Neft-qaz mühəndisləri üçün ən yaxşı 5 Xarici Universitet: Uğura gedən yol
4 fevral 2024 08:15
695

Neft-qaz mühəndisləri üçün ən yaxşı 5 Xarici Universitet: Uğura gedən yol

Bu gün sürətlə inkişaf edən enerji sənayesində Neft-qaz mühəndisləri neft və qaz resurslarının tədqiqatı, hasilatı və istehsalında mühüm rol oynayırlar. Təbii ki, bu üzrə istiqamətlənən tələbələr sahənin tələblərinə cavab vermək üçün sağlam bir təhsilə ehtiyac duyurlar. Bəs bu sənayədə uğur qazanmaq üçün güclü bilik və bacarıqlar təmin edən ən yaxşı xarici universitetlər hansılardır?

Stanford Universiteti - Stanford, Kaliforniya

Silikon Vadisində yerləşən Stanford Universiteti mühəndislik təhsili ilə çox məşhurdur. Bu universitet neft və digər enerji resursları mühəndisliyi üzrə bakalavr və magistr proqramları təklif edir. Stanforddakı Neft-qaz Mühəndisliyi şöbəsi bir neçə il əvvəl ERE (Energy Resources Engineering) adlandırılıb. Bu ad dəyişikliyi departamentin diqqətini neft və qazdan daha geniş perspektivə genişləndirsə də, Neft-qaz mühəndisliyi hələ də şöbənin əsasını təşkil edir. Bu universitet əsasən Lay mühəndisliyi (Reservoir Engineering) üzrə davam etmək istəyən tələbələr üçün daha əlçatandır və araşdırma sevən tələbələrə görə ən yaxşı seçimdir. Çünki, tələbələrin əksəriyyəti bakalavr kimi yox, tədqiqatçı kimi müraciət edirlər.

Tələbələr adətən Houston-da təcrübə keçirlər və məzun olduqdan sonra tam ştatlı işlə təmin olunurlar.

Stanford Universiteti
Stanford Universiteti

Heriot-Vatt Universiteti - Edinburq, Şotlandiya

Universitet proqramı və resursları möhkəm təməl qurmağınıza kömək edəcək geniş mövzulardan ibarətdir. Kurrikuluma fakültə məsləhətçisinin rəhbərliyi altında həyata keçirilən 8 kurs və 2 vacib tədqiqat layihəsi daxildir. Təyin edilmiş layihələrdən biri sizi həmkarlarınızla əməkdaşlığa və sahə məlumatlarını toplamağa təşviq edən sahənin inkişafı layihəsidir. İkinci layihə maraq sahəsinə görə seçə biləcəyiniz fərdi tədqiqat layihəsidir, məsələn, bu Geologiya və ya İstehsal Kimyası ola bilər.

Bu universitetin əsas xüsusiyyəti məzunlar tərəfindən dəstəklənməsidir. Bu dəstək işə qəbul tədbirləri və peşəkar danışıqlar vasitəsilə təmin edilir. Universitetdə həmçinin müasir kurrikulumun təmin edilməsi üçün sənaye əsaslı məsləhət şurası fəaliyyət göstərir.

Onu da vurğulamaq lazımdır ki, hazırda Azərbaycanda fəaliyyət göstərən Bakı Ali Neft Məktəbi bu universitet ilə əməkdaşlıq edir və burada eyni tədris proqramı tətbiq olunur.

Heriot-Vatt Universiteti
Heriot-Vatt Universiteti

London İmperial Kolleci - London, İngiltərə 

London İmperial Kolleci öz məzunlarına əmək bazarında yüksək vəzifələr tutmaqda kömək edəcək böyük nüfuza malikdir. İmperialda peşəkar inkişaf, aspirantura təhsili və tədqiqata yönəlmiş Neft Araşdırmaları Mərkəzi fəaliyyət göstərir. Mərkəz Böyük Britaniyanın ən böyük mühəndis və elm adamlarının cəmləşdiyi yer kimi tanınır və 40 nəfərlik heyətə malikdir.

London İmperial Kolleci Ətraf mühit mühəndisliyi, Texnoloji mühəndislik, Çoxfazalı axın, Lay mühəndisliyi və Petrofizika sahələri üzrə magistr proqramı təklif edir. Bu universitetin bir hissəsi olaraq tez-tez "Avropa Komissiyası" və "Dəniz və Neft Texnologiyaları Mərkəzi"-nin (CMPT) maliyyə dəstəyi ilə məcburi tədqiqat layihələri həyata keçirməlisiniz.

Əlavə olaraq, əgər beynəlxalq tələbəsinizsə, ümumi xərclərlə birlikdə təhsil haqları kifayət qədər yüksək ola bilər, ona görə də təhsiliniz üçün böyük yatırımlar etməyə hazır olmalısınız. Bir qədər ağır təhsil sistemi olan bir universitet kimi tanınsa da, gələcək karyeranız üçün çox böyük üstünlük və investisiyadır. 

London İmperial Kolleci
London İmperial Kolleci

Norveç Elm və Texnologiya Universiteti - Tronheym, Norveç

Neft və qaz sənayesindəki əhəmiyyətli rolu ilə tanınan Norveç Elm və Texnologiya Universiteti (NTNU) elm, texnologiya, mühəndislik və riyaziyyata (STEM) güclü diqqət yetirməklə Norveçin aparıcı ali təhsil və tədqiqat müəssisələrindən biridir. NTNU-nun Yer Elmləri və Neft-qaz departamenti nəzəri bilikləri praktika ilə birləşdirən geniş bir proqram təklif edir. 

NTNU tarixi zənginliyi, mükəmməl mənzərələri və canlı mədəniyyət səhnəsi ilə tanınan Tronheym şəhərində yerləşir. Həmçinin, burada multikultural və inklüziv öyrənmə mühiti yaradılır ki, bu da qlobal perspektivinizi genişləndirir. Tələbələr NTNU-nun yaxın əməkdaşlıqlarından faydalanaraq son texnologiyalara dair araşdırmalar edir və ən yaxşı neft və qaz şirkətlərində təcrübə keçirlər. 

Norveç Elm və Texnologiya Universiteti
Norveç Elm və Texnologiya Universiteti

Sinaqapur Milli Universiteti, Sinqapur

Bu universitetdə Dəniz Tədqiqatları və Mühəndislik Mərkəzi (CORE) fəaliyyət göstərir və bir sıra modullardan ibarətdir:

  • Təkmilləşdirilmiş Neft Bərpası
  • İstehsal mühəndisliyi
  • Qazma və Tamamlama
  • Neft Geologiyası
  • Petrofizika
  • Lay mühəndisliyi

Bu modulları öyrətmək təcrübəsi olan akademiklər və sənaye peşəkarlarından ibarət komanda var. CORE həmçinin bu sahələr üzrə ixtisaslaşmış magistr proqramı da təklif edir və adətən iki il davam edir. Bundan əlavə, Sinqapur Asiyanın texnologiya mərkəzi olduğu üçün universitetin tələbələri sənayedə tanınmış şirkətlərdə iş imkanları əldə edirlər.

Sinaqapur Milli Universiteti
Sinaqapur Milli Universiteti

Bu ən yaxşı müəssisələrdə təhsil almaqla, Neft-qaz mühəndisliyi üzrə hədəflənən tələbələr enerji dünyasında yeni bir karyeranın yolunu aça bilərlər.

8
Müəllif
Şərhlər