Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
"O"nu unuda bilməyənlər üçün
16 aprel 2024 19:51
176

"O"nu unuda bilməyənlər üçün

"Bir gün yol gedirdim. Yanımdan olduqca gözəl bir qız keçdi. Telefonla danışırdı. Ağlayaraq nəsə deyirdi. Belə başa düşdüm ki, sevgilisi ondan ayrılmaq istəyirmiş, qız isə bunu qəbul etmirdi. Yalvarırdı, qışqırıraraq nəsə deyirdi. Uzun çəkişmədən sonra qız telefonu söndürdü. Yaxınlaşdım və əlimi çiyninə qoydum. 

-Üzr istəyirəm, amma təsadüfən söhbətinizi eşitdim. Siz nahaq yerə ona bu qədər yalvarırsınız. Onsuz yaşaya bilmərəm deməyin, çünki siz sadəcə onu gözünüzdə böyüdürsünüz. Siz nəinki onsuz yaşaya, hətta xoşbəxt ola bilərsiniz ".

Bəli bu məqalə həmin o qız kimi unuda bilməyənlər üçündür. Hekayədəki psixoloq dediyi kimi qarşımızdakını gözümüzdə çox böyükdürük. Onu öz sevgimizlə elə bəzəyirik ki, sanki dünyada ən özəl, ən mükəmməl varlıq odur. Halbuki onu mükəmməl edən biz özümüzük. Həmin insanı biz sevgimizlə mükəmməlləşdiririk. 

Ona o qədər sevgi veririk ki, özümüzü belə unuduruq. Öz özəlliyimizin fərqinə varmırıq. Axı niyə bizə layiq olmayan kiməsə görə özümüzü üzməliyik, stress keçirməliyik? İnanın ki, bizim sağlamlığımız pulla əldə olunmur. Nə də ki o ölüb bitdiyimiz adam bizə onu verməyəcək. Onsuz yaşaya bilmərəm deyib özünüzü ondan asılı vəziyyətə salmayın. Hm, xoruz yox idi səhər açılmırdı? 

Bu həyat bizə əmanət olaraq cəmi bir dəfə verilib. Onu da doya -doya yaşamalıyıq, boş insanlara və onların istəklərinə xərcləməyə dəyməz. Nə istəyiriksə onu edək, özümüz üçün yaşamağı öyrənməliyik. Bizim kiməsə ehtiyacımız yoxdur. Yaradan bizə sağlam bədən verib ki, onunla düzgün yaşayaq, o bədənin sağlamlığını qoruyaq. 


Ona görə də ən böyük sevgini özümüzə verməliyik. Yaradılışımız bizim özəlliyimizdi. Pisi ilə , yaxşısı ilə özümüzü sevməliyik. Səhvlərimizə baxıb üzülməyə dəyməz, çünki bizi o səhvlər inkişaf etdirir, bizi formalaşdırır. Kimsə sizi buna görə qınaya bilməz. Əsas olan yeniden ayağa qalxıb yoluna davam etməkdir. Özünüzlə fəxr edin. 


İndi isə güzgüdə özünə bax və özünə gülümsə. Özünü təriflə, özəlliyini hiss et. Bədəninin hər zərrəsini sev. Kimsə səni bəyənmirsə, bu sizin xeyrinizədir. İkiüzlü insanlardan uzaq olursunuz və hüzur dolu həyata sahib olarsınız. 

      Sevgi ilə sizin GÜNƏŞ'iniz....

2
Müəllif
0.7
leilamahmud
0 izləyici
Şərhlər