Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
"Outside the box" düşünmək: Problemi kreativ şəkildə həll etməyin yolları
28 yanvar 2024 07:10
655

"Outside the box" düşünmək: Problemi kreativ şəkildə həll etməyin yolları

Sizcə, qarşılaşdığımız ən sadə problemlərdə belə şablon qaydaları kənara qoyub "outside the box" düşünsək necə olar?

Bu termin gündəlik danışıq dilimizdə yeni və yaradıcı düşüncəni təsvir etmək üçün tez-tez istifadə olunur və ən sadə hallarda belə müşahidə oluna bilir. Məsələn bizə verilən tapşırıq nəyisə sadəcə kağız üzrində yazmaqdır biz isə bunun üçün əlavə işlər yerinə yetiririk.

Fast Company'nin məlumatlarına görə bu termin 1970-ci illərdə istifadə olunmağa başlayıb. İdarəetmə konsultantları müştərilərə doqquz nöqtədən ibarət bir simvol təklif edib onları dörd xətt ilə birləşdirməyi tələb ediblər. Təbii ki, bu tapşırıqda müxəlif yollar düşünməyə ehtiyac var və insanlar məcbur qalıblar ki "qutu"-nun ötəsində düşünsünlər. 

9 nöqtə tapmacası
9 nöqtə tapmacası

"Outside the box" düşünməyin yolları:

  1. Brain dumping etmək: Bu bizə fikirləri tez bir zamanda kağıza yazaraq onları aydınlaşdırmağa və düşünmə prosesini başlatmağa kömək edir. Qrammatikaya əhəmiyyət vermədən tez bir zamanda düşüncələrinizi yazmalısınız ki, fikriniz əsas ideyaya yönəlsin. Sonra siz bu ideyaları qiymətləndirə və sonradan yaxşı həll yolu tapmaq üçün istifadə edə bilərsiniz.
  2. Domeninizi genişləndirmək: Problemi həll etməyə çalışarkən diqqəti həmin problemə birbaşa aidiyyəti olan faktlara yönəltmək cazibədar ola bilər. Lakin bu kifayət deyil. Çünki, dar bir baxışa riayət etmək qarşımızdakı fürsətləri görməyə mane olur. Qapalı düşüncə tərzinə deyil, yeni fikirlərə və perspektivlərə açıq olmaq lazımdır. İlk addım comfort zonanızdan kənar mövzular haqqında düşünməyə alışmaqdır. Sadə bir misal: Tutaq ki, bizə karandaşımızın ucunu itiləmək lazımdır, amma bu alət hazırda yararsızdır. Bu problemi həll etmək isə uzun müddət çəkə bilər və tez bir zamanda iti obyekt axtarmağa başlayırsınız. Yalnız bundan sonra qayçı, bıçaq və ya digər məişət əşyalarından kəsici kimi istifadə edilə biləcəyinə diqqət yetirirsiniz.
  3. Özünüzə uyğun vaxt metodu yaratmaq: Çətin bir problemlə qarşılaşdığınız zaman özünüzə ixtiyari vaxt məhdudiyyəti təyin edin. Sonra sizi məsuliyyətə cəlb edəcək birini (yaxud nəyisə) tapın. Bu bir dostunuz və ya həmkarınız ola bilər. Belə ki, bu zaman hər ikinizin maraqları ödənə bilər. Daha kiçik problemlər üçün isə telefonunuzda alarm təyin edə bilərsiniz.
  4. Sahənizdən kənar birindən soruşmaq: Sizin “qutuya” düşməyinizin səbəblərindən biri də qaydalara o qədər yaxın olmağınızdır ki, başqa heç nə görə bilmirsiniz. Sənaye qaydalarını bilməyən birindən soruşun və problemi həll etmək üçün nə edəcəklərinə baxın. Bu şəxs sizin hər hansı bir yaxınınız və ya küçədəki yad adam ola bilər. Siz həmçinin məhsul və ya xidmətinizin son istifadəçilərindən bu barədə soruşa bilərsiniz. Məsələn, yeni bir proqram sistemi dizayn etmisinizsə, ondan istifadə edən insanların rəyləri ən yaxşı ideyalar yarada bilər.
  5. Başqalarının problemlərini həll etmək və ya həll etməyə çalışmaq: Bu sizə öz problemlərinizi həll etmək üçün ideyalar inkişaf etdirməyə kömək edə bilər. Bu zaman siz problem həll etmənin həyəcanını yaşayırsınız və bu həyəcan beyninizi yüksək problem həll etmə rejimində saxlayır. Problem sizinkinə bənzəyirsə, özünüz üçün istifadə edə biləcəyiniz nümunələri tapa bilərsiniz.
  6. Həmkarlarla beyin fırtınası yaradıcılığı oyatmaq: Həmkarlarınızı ofisinizdə və ya Zoom zəngində toplayın və birlikdə beyin fırtınası aparın. Problemi ümumiləşdirin, hər kəsə 10-15 dəqiqə düşünmək üçün vaxt verin və sonra hamı öz fikirlərini növbə ilə paylaşsın. Məqsəd mümkün qədər çox həll yolu tapmaqdır - hətta qeyri-mümkün görünənlər də. Problemlərə qeyri-mümkün yanaşmalar çox vaxt onları həll etmək üçün innovativ yollara səbəb olur.
Yumşaq bacarıqların inkişafı
Yumşaq bacarıqların inkişafı

Qutudan kənar düşünməklə əldə edilən yaradıcılıq yaxşı liderlərə xasdır. Liderlərin nümayiş etdirdiyi dəyərlər və xüsusiyyətlər komanda mədəniyyətinə daxil olur. Başqa sözlə, siz qutudan kənarda düşünməyə hazır olduğunuzda, komandanız da eyni şeyi etmək üçün ilhamlanacaq və güclənəcəkdir. Onu mənimsəyin və özünüzə qutudan kənarda düşünməyə icazə verin.

8
Müəllif
Şərhlər