Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
VR/AR - Nədir axı bu “reallıq”lar
12 fevral 2024 04:41
280

VR/AR - Nədir axı bu “reallıq”lar

Növbəti, VR/AR-la (Virtual Reallıq və Artırılmış Reallıq) əlaqəli birbaşa şəxsi təcrübələrimi də bölüşəcəyim məqaləmi də tezliklə bu platformada paylaşacağam. Hər kəsə xoş mütaliələr!

Əvvəla, gəlin sizi bu alətin əcdadı saya biləcəyimiz, 153 yaşlı bu qurğunu təqdim edim. Tanış olun, skop, stereoskop. 

stereoskop
stereoskop

İlk baxanda adama elə gəlir ki, şəkil Midjourney-in “1800-ci illərin VR-nı yarat” əmri ilə hazırladığı şəkildi. Nəinki forması ilə, hətta işləmə mexanizmi ilə də müasir VR eynəklərinə bənzəyən bu alət bizə optik illuziya ilə 3D effektini yarada bilir. Bəs necə? Əslində çox sadə!

stereoqramın işləmə məntiqi
stereoqramın işləmə məntiqi

Təbii ki, real həyatda başqa faktorlar da – işığın düşmə istiqaməti, kölgə, uzaqlaşdıqca əşyanın kiçik görünməsi və s. bu reallığı anlamağımıza kömək edir. Ona görə bir gözümüzü bağlasaq da, 3D effektini anlaya bilirik.

VR başlığa doğru təkamül

Sör Çarlz Vitston tərəfindən ixtira edilən ilk stereoqraf
Sör Çarlz Vitston tərəfindən ixtira edilən ilk stereoqraf

İlk streoskop VR eynəklərdən daha fərqli quruluşda olsa da, işləmə metodu eynidir. Bu alət 1852-ci ildə Sör Çarlz Vitston tərəfindən ixtira edilib. Bu təcrübəni yaşamaq üçün mərkəzdə yerləşən linzalardan baxmaq kifayət idi. Kənara qoyulan iki fərqli şəklin əksi gözə linzadan görünür və beləcə, 3D effekti yaradılır.

Sensorama

Sensorama
Sensorama

1950-ci illərin ortalarında kinematoqraf Morton Hayliq bu texnologiyanı fərqli səviyyəyə çatdırıb. O, yalnız görüntü və səsi deyil, bütün hissləri stimullaşdıran arkada (arcade) tipli bir teatr şkafını – Sensoramanı ixtira edib (1962-ci ildə patentləşdirilib). Bu qurğu stereo dinamiklər, stereoskopik 3D displey, ventilyator, qoxu generatorları və vibrasiyalı stuldan ibarətdir. Sensorama insanı filmə tam cəlb edə bilmək üçün nəzərdə tutulmuşdu. Morton həmçinin öz ixtirası üçün altı qısametrajlı film yaratmış, üstəlik hamısını özü çəkib və montaj etmişdir. Həmin filmlər: Motorcycle, Belly Dancer, Dune Buggy, Helicopter, A date with Sabina and I’m a Coca-Cola Bottle

Morton Haylinqdən alınan müsahibə:


SEGA - VR-1

SEGA - VR-1
SEGA - VR-1

Aha həmin SEGA, uşaqlığımızın SEGA-sı. 1994-cü ildə Sega-nın bu ixtirası arkada oyun zallarını futuristik hala gətirmişdi. Oyunçular bu nəhəng hərəkətli simulyatorlarda 3D təcrübəni hiss edə bilirdilər. Layihə çox bahalı və qısamüddətli olsa da, onun qabaqcıl baş izləmə texnologiyası bu gün istifadə etdiyimiz VR alətlərin inkişafına yol açmağa kömək edib.

Nintendo - Virtual Boy

Nintendo - Virtual Boy
Nintendo - Virtual Boy

Həm Nintendo Virtual Boy, həm də Sega VR-1 1990-cı illərdə virtual reallıq oyunlarında ilk cəhdlər idi. Virtual Boy stereoskopik qrafika vasitəsilə 3D təcrübəsini təqdim etməyə diqqət yetirərkən, Sega VR-1 baş izləmə texnologiyası ilə tam immersiv VR təcrübəsini təqdim etməyi hədəfləyirdi. Bununla belə, heç bir sistem texniki məhdudiyyətlər və yüksək xərclər səbəbindən davamlı ola bilmədi. Təxminən 180 dollar dəyərində olan Virtual Boy-un monoxromatik displeyi (ekran yalnız qırmızı rəngdə idi) və narahat dizaynına görə, VR-1-də isə başı hərəkət etdirdikcə ürək bulandırma və qəliz quraşdırma tələblərinə görə uğurlu ola bilmədi. Çatışmazlıqlarına baxmayaraq, hər iki konsol oyun tarixində virtual reallıq texnologiyasının qabaqcılları kimi yer tutur.

Oculus - Rift

Oculus - Rift
Oculus - Rift

Oculus Rift ilkin olaraq 2012-ci ildə çox uğurlu Kickstarter kampaniyası vasitəsilə maliyyələşdirilib. 2,4 milyon dollardan çox vəsait toplayan layihə beləcə virtual reallıq texnologiyasının müasir dövrünü başladıb. Palmer Luckey-in rəhbərlik etdiyi kampaniya Rift-in buraxılması üçün əhəmiyyətli bir gözlənti yaratdı. Oculus VR 2014-cü ildə Facebook tərəfindən alınmazdan əvvəl Rift artıq diqqət cəlb etməyi bacarmışdı. Facebook tərəfindən satınalma Rift-in inkişafı və kommersiya xarakterli buraxılışı üçün əlavə resurslar təmin etdi. Bu, onun VR bazarında sonrakı uğurlarına yol açdı.

AR və VR fərqləri:

Başlıca fərq odur ki, VR sizə tamamilə kompüter tərəfindən hazırlanmış virtual dünyaya qapı açır. Təcrübə etdiyiniz məkan reallığı təsvir etmir. Əksər müasir VR alətləri sizi 3D müstəvidə hərəkətinizi anlayıb, ona uyğun sizin virtual aləmdə yerinizi dəyişə bilir.

AR isə real dünya ilə virtual dünyanı biri birinə bağlayır. Məsələn siz istədiyiniz mebeli, evinizdə necə görünəcəyini bilmək istəyir və ya alacağınız ayaqqabının ayağınızda necə görünəcəyini bilmək istəyirsiniz. Telefonunuza AR təcrübə proqramlarını endirib, kameranızla bunu sınaya bilərsiniz. 

Pokémon GO

Wanna Kick

Ikea Place

7
Müəllif
Şərhlər