İstifadəçi Razılaşması
Qüvvəyə minmə tarixi: 10 iyun 2025-ci il
Poscrib Platformasından (bundan sonra "Platforma" adlandırılacaq) istifadəyə dair bu İstifadəçi Razılaşması (bundan sonra "Razılaşma" adlanacaq) Platformanın xidmətlərinin göstərilməsi qaydasını müəyyən edən, həmçinin Platforma və onun istifadəçisi arasında qarşılıqlı münasibətləri tənzimləyən ümumi ofertadır və Platformanın bütün istifadəçilərinə şamil edilir. Platformadan istifadə etməklə İstifadəçilər bu Razılaşmanı və veb saytda yerləşdirdilən digər zəruri sənədləri qəbul edirlər.
Anlayışlar
Bu Razılaşmada və Tərəflər arasında yaranan əlaqəli münasibətlərdə aşağıdakı anlayışlar tətbiq edilir:
- Poscrib - Platformanın mülkiyyətçisi və idarəedicisi olan, həmçinin İstifadəçi Razılaşmasının tərəfi olan "POSCRIB" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1406546021; E-poçt: [email protected])
- Platforma (Sayt) - www.poscrib.com domeni ilə internet şəbəkəsində yerləşən veb sayt.
- Razılaşma - Tərəflər arasında Platformadan istifadə qaydalarını tənzimləyən şərtlər, həmçinin onun tərkib hissəsi hesab olunan bütün əlavələr, dəyişikliklər və zəruri sənədləri özündə ehtiva edən müqavilə.
- İstifadəçi - Saytda hesab açmaqla qeydiyyatdan keçmiş, İstifadəçi Razılaşmasının şərtlərini qəbul edən yetkinlik yaşına çatmış fiziki şəxs. Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən qeydiyyat aparılması Razılaşmanın şərtlərinin həmin şəxslərin qanuni nümayəndələri tərəfindən təsdiq olunması hesab olunur və yaranan mübahisələr üzrə Poscrib məsuliyyət daşımır.
- Ziyarətçi - Platformanın məhdud xidmətlərinə çıxışı olan, saytda qeydiyyatdan keçməmiş şəxs.
- Nəşriyyat - Platforma daxilində İstifadəçi tərəfindən yaradılan və idarə olunan bir və ya bir neçə müəllifin məqalələrini dərc etmək və paylaşmaq üçün nəzərdə tutulmuş bir birlik.
- Nəşriyyat Adminstratoru - Platforma daxilində Nəşriyyat yaratmış və onu idarə edən istifadəçi.
- Üzv - Nəşriyyatın Administratoru razılığı ilə Nəşriyyata üzv qismində qəbul edilmiş istifadəçi.
- Abunəçi - Nəşriyyata abunə olmuş şəxs, ödənişli və ya ödənişsiz şəkildə müəyyən bir Nəşriyyatın Məzmununa davamlı şəkildə çıxış əldə etmiş İstifadəçi.
- Cihaz - Platformadan öz funksional məqsədləri üçün istifadə etməyə imkan verən kompüter, planşet, mobil telefon, kommunikator, smartfon və ya digər cihaz.
- Məzmun - İstifadəçi tərəfindən saytda yerləşdirilən bütün materiallar, bununla məhdudlaşmayaraq, o cümlədən mətn, səs, şəkil, video habelə hər hansı digər xarakterli məlumat, proqram kodu.
- Statistika - İstifadəçinin fəaliyyətini (və ya aktivliyini) izləməyə imkan verən Sayt tərəfindən müxtəlif parametrlər üzrə təqdim olunan yenilənən məlumat.
- Aksept - İstifadəçi tərəfindən Saytda qeydiyyatdan keçməklə İstifadəçi Razılaşmasının bütün şərtlərinin qəbul edilməsi.
- Platformanın xidmətləri - Sayt tərəfindən İstifadəçilərə təqdim olunan funksiyalar, xüsusiyyətlər və xidmətlər.
- Şəxsi Hesab (Profil) - Platforma tərəfindən İstifadəçiyə təyin edilmiş identifikatordan istifadə etməklə müəyyən edilən, onun şəxsiyyətini, fəaliyyətini və qarşılıqlı əlaqələrini idarə etməyə imkan verən fərdi hesab.
- Məxfilik Siyasəti - İstifadəçi Razılaşmasının ayrılmaz hissəsi olan şəxsi məlumatların istifadəsi ilə bağlı qaydalar.
- Qanunvericilik - Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi.
- Razılaşmada, 1.1-ci bənddə göstərilməyən digər anlayışlardan istifadə edilə bilər. Bu halda belə anlayışların şərhi Razılaşmanın mətninə uyğun olaraq aparılır. Razılaşmanın mətnində və Razılaşmanı təşkil edən digər sənədlərdə anlayışların birmənalı təfsiri olmadıqda, onlar ilk növbədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə, sonradan işgüzar adətlər və elmi mənbələr əsasında şərh edilir.
Razılaşmanın predmeti və Aksept
- Platforma İstifadəçiyə Poscrib Saytından, habelə Saytda müxtəlif vaxtlarda təqdim olunan xidmətlərdən istifadə hüququnu verir
- İstifadəçi Saytda qeydiyyatdan keçməzdən əvvəl bu Razılaşmanın bütün şərtləri ilə tam tanış olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409-cu maddəsinin tələblərinə zidd olmayaraq, İstifadəçinin Saytda qeydiyyat keçməsi onun bu Razılaşmanın bütün şərtlərini qəbul etməsi (Aksept) mənasını daşıyır.
- İstifadəçi Razılaşması İstifadəçi tərəfindən Aksept (qəbul) olunduqdan sonra qüvvəyə minir və aşağıdakı tarixlərdən birinə qədər qüvvədədir: 1) İstifadəçi tərəfindən hesabın silindiyi tarix və ya 2) İstifadəçi Razılaşmasının ləğv edilməsi tarixinə qədər.
Razılaşmanın şərtlərini qəbul etmiş İstifadəçi bu Razılaşma ilə birlikdə aşağıdakı sənədlərin (Zəruri Sənədlər) şərtlərini tam və qeyd-şərtsiz qəbul edir:
- Saytda yerləşdirilən, Platformada məzmun yaradılması qaydalarını tənzimləyən Məzmun Qaydaları;
- https://poscrib.com/docs/privacy ünvanında yerləşdirilən, Məxfilik Siyasəti.
- https://poscrib.com/docs/payment ünvanında yerləşdirilən, Ödəniş Siyasəti.
- Razılaşma, o cümlədən onunla bağlı Zəruri Sənədlər, Poscrib tərəfindən ən azı 30 (otuz) gün əvvəlcədən xəbərdarlıq etməklə dəyişdirilə bilər. Razılaşmanın və/və ya orada göstərilən Zəruri Sənədlərin yeni versiyası, əgər Razılaşmanın yeni versiyasında başqa hal nəzərdə tutulmayıbsa, Saytda yerləşdirildiyi və ya İstifadəçinin diqqətinə har hansı formada çatdırıldığı andan qüvvəyə minir.
- Əgər İstifadəçi Zəruri Sənədlərin yeni versiyası ilə razı deyilsə, onları rədd etmək hüququ vardır; lakin bu halda, İstifadəçinin Platformadan istifadə hüququ dayandırılacaqdır. İstifadəçinin şərtlər dəyişdirildikdən sonra Platformadan hər hansı bir şəkildə istifadə etməsi bütün dəyişikliklərlə razı olduğu anlamına gəlir.
- Bu Razılaşma Ziyarətçilərə şamil edilmir. Platforma saytda qeydiyyatdan keçməyən şəxslər qarşısında heç bir öhdəlik daşımır.
- Razılaşmanın cari versiyası https://poscrib.com/docs/agreement ünvanında yerləşdirilmişdir.
- Razılaşma üzrə tərəflər arasında münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tənzimlənir.
Platformadan ümumi istifadə şərtləri
- Platformada yerləşdirilən Məzmuna baxmaq İstifadəçinin məcburi qeydiyyatını və/və ya girişini tələb etmir.
- Ziyarətçi İstifadəçi olmaq və Saytın xidmətlərindən istifadə imkanlarını genişləndirilmək üçün qeydiyyatdan keçərək Şəxsi Hesab yaratmalıdır. İstifadəçi ona məxsus etibarlı elektron poçt ünvanından istifadə etməli, qeydiyyat prosesi zamanı həmin ünvana avtomatik olaraq göndərilən məktubda linki açmaqla qeydiyyatı təsdiq etməlidir. İstifadəçi düzgün olmayan elektron poçt ünvanı (mövcud olmayan, yanlış təqdim edilən) daxil etdiyi təqdirdə, Platforma hesab yaratma prosesinin uğurla başa çatmasına təminat vermir.
- Qeydiyyatdan keçmək üçün İstifadəçi qeydiyyat formasında verilən xanalara özü haqqında dəqiq və düzgün məlumat verməyi və bu məlumatı yeniləməyi öhdəsinə götürür. İstifadəçi istifadə etmək hüququ olmayan ad ilə və ya başqasını təqlid etmək məqsədilə həmin şəxsin adını seçə bilməz. İstifadəçi yanlış məlumat təqdim edərsə və ya İstifadəçinin təqdim etdiyi məlumatın natamam və ya etibarsız olduğuna şübhə yaransa, Poscrib İstifadəçinin qeydiyyatını rədd edə və ya mövcud hesabı ləğv edə bilər.
- İstifadəçi hesabını başqa şəxslərin adından və ya üçüncü tərəfin xeyrinə istifadə etməyəcəyini təsdiq edir. Poscrib-in razılığı olmadan İstifadəçi hesabını başqa şəxslərin istifadəsinə verə bilməz.
- Qeydiyyat proseduru başa çatdıqdan sonra İstifadəçinin Platformada unikal Şəxsi Hesabı yaradılır və Hesab vasitəsilə İstifadəçi Platformanın funksiyalarından istifadə etmək hüququ əldə edir.
- Şəxsi Hesab vasitəsilə İstifadəçi Platformada Məzmun yerləşdirir, dəyişdirir, silir, şərh yazır, səs verir və digər funksiyalardan istifadə edir. İstifadəçi Şəxsi Hesab üzərindən Statistik məlumatları Platformadan əldə edir. Şəxsi Hesab əsasında İstifadəçinin Profili yaradılır və Profildə istifadəçi adı, tam ad və soyadı, şəkli, tarixçə, bioqrafiya, və digər məlumatlar açıq formada göstərilir.
- İstifadəçi Şəxsi Hesabı vasitəsilə digər İstifadəçilərə maddi dəstək (Dəstək) göstərmək məqsədilə ödənişlər icra edə bilər. İstifadəçinin etdiyi bütün maddi dəstəklər onun Şəxsi Profilində öz əksini tapacaq. Maddi dəstək məqsədilə edilmiş ödənişlər ödəniş xidməti vasitəsilə icra olunaraq Poscrib hesabında toplanır.
- Dəstək qəbul etmək üçün İstifadəçi Şəxsi Hesab daxilində Dəstək hesabı yaratmalıdır. Dəstək hesabının yaradılması üçün Platformanın tələb etdiyi əlavə məlumatlar təqdim edilir. Dəstək hesabına bank kartı əlavə olunmalıdır.
Dəstək hesabı aşağıdakı şərtlər olduqda aktiv olur:
- İstifadəçi Azərbaycan Respublikası vətəndaşı olmalıdır;
- İstifadəçi mobil nömrə vasitəsilə aktivləşdirməni icra etməlidir;
- Son 3 ay ərzində ən az bir məqalə paylaşılmış olmalıdır;
İstifadəçi Dəstək qismində aldığı vəsaitləri əldə (çıxarış) edə bilər. Maddi dəstəyin Platformadan götürülməsi aşağıdakı şərtlər daxilində icra olunur:
- Minimum çıxarış məbləği 10 AZN təşkil edir;
- Aylıq çıxarış limitinin məbləği 100 AZN təşkil edir;
- Poscrib maddi vəsaitin şəxsi kart hesabına köçürülməsi ilə bağlı sorğu aldıqdan sonra 1-5 iş günü ərzində vəsaiti bu Razılaşma və Ödəniş Siyasəti ilə müəyyən edilmiş xərclər çıxıldıqdan sonra qalan məbləği sorğu verən şəxsin təqdim etdiyi kart hesabına köçürür. Bu müddət yaranmış zərurətlə bağlı 30 iş günündən çox olmamaqla uzadıla bilər. Məbləğdən çıxılan vəsaitlərə Tərəflər arasında razılaşdırılan Poscrib-in komissiyası və digər zəruri xərclər daxildir.
- İstifadəçinin aldığı maddi dəstəklər Poscrib tərəfindən müəyyən edilən həddə saytda öz əksini tapacaq.
- İstifadəçi Platformadan istifadə edərkən müvafiq ödəniş qaydalarına və prosedurlarına riayət etməlidir. Platformada tətbiq olunan abunə haqqı, komissiya haqqı və digər ödənişlər barədə ətraflı məlumat almaq üçün Ödəniş Siyasətinə keçid edilə bilər. Platforma Ödəniş Siyasətində dəyişiklik etmək hüququnu özündə saxlayır.
- Poscrib istənilən vaxt İstifadəçidən qeydiyyat zamanı göstərilən məlumatların təsdiqini tələb etmək və bununla əlaqədar təsdiqedici sənədləri (xüsusən şəxsiyyəti təsdiq edən sənədləri) tələb etmək hüququnu özündə saxlayır. Məlumatın verilməməsi yalan məlumatın verilməsinə bərabər tutula və 3.3-cü bənddə nəzərdə tutulmuş nəticələrə səbəb ola bilər. İstifadəçinin təqdim etdiyi sənədlərdə göstərilən məlumatlar qeydiyyat zamanı göstərilən məlumatlara uyğun gəlmirsə, habelə qeydiyyat zamanı göstərilən məlumatlar İstifadəçini müəyyən etməyə imkan vermirsə, Poscrib 3.3-cü bənddə göstərilən tədbirləri tətbiq etmək hüququna malikdir.
- İstifadəçi haqqında hesabda və İstifadəçinin Şəxsi Hesabında olan məlumatlar, o cümlədən İstifadəçinin fərdi məlumatları Məxfilik Siyasətinə uyğun olaraq Poscrib tərəfindən saxlanılır və qorunur.
- Qeydiyyatdan keçmiş İstifadəçi Şəxsi Hesabdan və Platformanın digər funksiyalarından istifadə qaydasını müstəqil olaraq özü müəyyən edir, lakin həmin qaydalar, heç bir halda bu Razılaşma və Poscrib-in müəyyən etdiyi digər qaydalar ilə ziddiyyət təşkil edə bilməz.
- Saytdan istifadə edərkən İstifadəçinin avadanlıqları ilə bağlı texniki problemlər yarandıqda, o, Platforma sahibinə [email protected] ünvanından elektron poçtla məlumat verməlidir. Platforma sahibi 15 iş günü ərzində İstifadəçinin mesajını nəzərdən keçirir və problemi həll etmək üçün ona elektron poçt ünvanı vasitəsilə tövsiyələrini göndərir.
- İstifadəçinin elektron poçt ünvanı və şifrəsindən istifadə edərək Hesaba icazəsiz daxil olma halı aşkarlandığında, İstifadəçi Platforma sahibinə bu Razılaşmada qeyd olunan əlaqə vasitələri və ya elektron poçt ünvanı vasitəsilə ilə dərhal məlumat verməli və Hesabının şifrəsini dəyişməlidir.
- İstifadəçi bu Razılaşmada və digər zəruri sənədlərdə qeyd edilən hüquq və öhdəliklərini Poscrib-in yazılı razılığı olmadan üçüncü şəxslərə təhvil verə, tapşıra və ya köçürə bilməz.
Aşağıda qeyd edilən hərəkətlər qadağandır:
- İstifadəçinin şəxsi hesabının və ya başqa bir şəxsin hesabının təhlükəsizliyini pozması (məsələn, hesabı/parolu başqası ilə bölüşmək);
- Digər istifadəçilərin parolunu, hesabını və ya digər təhlükəsizlik məlumatlarını əldə etməyə cəhd göstərmək;
- Hər hansı bir kompüter şəbəkəsinin təhlükəsizliyini pozmaq, parolları və ya şifrələmə sistemlərini sındırmaq;
- Poscrib-ə daxil olmadığınız zaman aktiv olan və ya Poscrib-in düzgün işləməsinə maneə olan prosesləri işə salmaq, Poscrib-in infrastrukturuna həddindən artıq yük yaratmaq;
- Poscrib-in hər hansı bir səhifəsini, məlumatını və ya hissəsini "crawl", "scrape" və ya "spiders" üsullarından istifadə edərək avtomatik və ya digər yollarla kopyalamaq;
- Poscrib-in mənbə kodunu tərtibdən çıxarmaq ("decompile") və ya onun daxili işləmə prinsiplərini və ya məlumatlarını əldə etməyə çalışmaq.
Nəşriyyatın yaradılması və istifadə qaydaları
İstifadəçi tərəfindən ayrıca alt-bloq olan Nəşriyyat yaradıla bilər. Nəşriyyat yaradan İstifadəçi Nəşriyyatın Administratoru status əldə edir. Nəşriyyat, müstəqil məzmun siyasətinə sahib ola bilər və onun administratoru məqalələrin qəbul olunması, paylaşılması və nəşriyyatın idarə olunması üzrə məsuliyyət daşıyır. Platforma yalnız texniki dəstəyi təmin edir və Nəşriyyat çərçivəsində paylaşılmış məzmunun idarə edilməsinə bilavasitə müdaxilə etmir. Nəşriyyatın Administratoru Nəşriyyatın idarəedicisidir və aşağıdakı hüquqlara malikdir:
- Digər İstifadəçi Nəşriyata Üzv qismində qəbul etmək və Üzvləri Nəşriyyatdan çıxarmaq, o cümlədən Üzvün statusu ilə bağlı dəyişiklik etmək. Nəşriyyata qəbul edilmiş İstifadəçilər Üzv statusu əldə edir. Üzvlər Nəşriyyatın daxili qaydalarına uyğun hərəkət etməlidir.
- Üzvlərin yazdığı məqalələlərin Nəşriyyatında yayımlanmasına icazə vermək və ya rədd etmək.
- Nəşriyyat Abunə olmaq qaydasını, aylıq ödəniş haqqlarını, hər bir tarif üzrə həmin tarifə daxil olan şərtləri müəyyən etmək və müvafiq dəyişikliklər etmək.
- Nəşriyyata Abunəçilər tərəfindən ödənilən xidmət haqqlarını və digər gəlirləri idarə etmək və zəruri hesab edilən istiqamətlərdə xərcləmək.
- Nəşriyyatda məqalələr yalnız Üzvlər tərəfindən pulsuz qaydada yayımlanır və Abunəçilər tərəfindən oxuna bilir.
- Nəşriyyatda yayımlanan məqalələr hədəf oxucu seçilməklə məhdud oxucular üçün yayımlana bilər.
Hesabın ləğvi qaydaları
- İstifadəçi Şəxsi Hesabı ləğv etmək və özü haqqında məlumatları tamamilə silmək hüququna malikdir. Silinmə barədə sorğu göndərildikdən sonra 30 gün ərzində İstifadəçi silinmə tələbini ləğv edə bilər. 30 gün sonra Hesab və fərdi məlumatlar birdəfəlik silinəcəkdir. Saytdan Hesabın silinməsi İstifadəçinin könüllü fəaliyyəti olub qeydiyyatın ləğv edilməsidir.
- Bu Razılaşmanın və ya Poscrib-in digər şərtlərinin hər hansı birinə əməl etməmək, bu Şərtlərin pozulması hesab edilir və bu, Şəxsi Hesabın dərhal ləğv edilməsinə səbəb ola bilər. Poscrib, qeyd edilən şərtlərdə müəyyən edilmiş məhdudiyyətlərə riayət edilmədiyinə qərar verməkdə tam hüquqa malikdir.
- Bu Razılaşmadakı bəzi şərtlər – ödəniş öhdəlikləri, məsuliyyətin məhdudlaşdırılması, əqli mülkiyyət hüquqları ilə bağlı şərtlər, tərəflər arasındakı mübahisələrə dair müddəalar və təbiətinə görə qüvvədə olmalı digər şərtlər hesabın ləğvindən sonra da qüvvədə qalacaqdır.
- Əgər hesab İstifadəçi tərəfindən səhvən silinərsə, dərhal [email protected] ünvanına müraciət edilməlidir. Lakin Poscrib tərəfindən hesabın və ya məzmunun bərpa edilə biləcəyinə zəmanət verilmir.
Əqli Mülkiyyət
- Sayta, Platformanın təqdim etdiyi Xidmətlərə dair, eləcə də şəkillər, video və səs, metodik məzmun, dizayn elementləri, məlumat bazaları, proqram kodu və mətnlər daxil olmaqla, bütün hüquqlar Poscrib-ə məxsusdur. İstifadəçi tərəfindən, Saytda olan Poscrib-in müstəsna hüquqlarını köçürmək, dəyişdirmək, silmək, əlavə etmək, nəşr etmək, törəmə əsərlər yaratmaq, onlara əsaslanan məhsullar hazırlamaq, satmaq və ya hər hansı digər şəkildə qanunsuz istifadə etmək qadağandır.
- Məzmun və onun bütün kompenentləri həmin Məzmunu hazırlayan və Platformaya yerləşdirən İstifadəçinin və digər müəllif hüquqları sahiblərinin müstəsna hüquqlarının obyektləridir.
- Bu İstifadəçi Razılaşması Poscrib-ə müstəsna müəlliflik hüquqları verir və müstəsna lisenziya hesab edilir.
İstifadəçi aşağıdakıları hüquqları Poscrib-ə verir:
- Məzmunun saytda yerləşdirilməsi və bununla əlaqədar istifadə hüququna dair müstəsna və ötürülə bilməyən hüquqlar;
- Məzmunları tərcümə etmək, çoxaltmaq və təkmilləşdirmək üçün digər lazımi tədbirlər görmək hüququ;
- Məzmunun texniki tələblərə, şəbəkələrə, cihazlara, xidmətlərə və ya mediaya uyğunlaşdırılması üçün texniki dəyişikliklərin edilməsi hüququ;
- Üçüncü şəxslər tərəfindən İstifadəçinin müəlliflik hüququnun pozulması və/və ya İstifadəçi tərəfindən üçüncü şəxsin müəlliflik hüququnun pozulması hallarında Poscrib hər hansı məsuliyyət daşımır.
- Platformada əqli mülkiyyət hüquqlarının pozulması halı aşkar edildikdə, müvafiq hüquqları pozulmuş şəxs mübahisələrin məhkəməyəqədər həlli qaydasında pozuntunun aradan qaldırılmasına köməklik göstərilməsi məqsədilə [email protected] elektron poçt ünvanına müvafiq etiraz məktubunu göndərə bilər.
- Poscrib iddia edilən əqli mülkiyyət hüququnun pozuntusu hallarında məzmunu silmək və ya əlçatmaz etmək, həmçinin təkrar pozuntuya yol verdiyi iddia edilən hesabları ləğv etmək hüququnu özündə saxlayır. İstifadəçilər əqli mülkiyyət hüquqlarını tənzimləyən qanunvericilik aktlarına və digər məhdudiyyətlərə uyğun hərəkət edəcəklərini təsdiqləyirlər.
- İstifadəçilər Poscrib-in ticarət nişanları, loqoları və digər intellektual mülkiyyət hüquqları üzərində hər hansı bir hüquq, mülkiyyət və ya maraqları olmadıqlarını təsdiqləyirlər.
Məsuliyyətin məhdudlaşdırılması
- Sayt və Saytın Xidmətləri "olduğu kimi" təqdim edilir. Platforma Sayt və Xidmətlərin İstifadəçinin məqsəd və tələblərinə uyğun olmasına zəmanət vermir. Platforma mümkün olan bütün tədbirləri görməklə yanaşı, Sayta girişin davamlı, tez, etibarlı və səhvsiz olacağına təminat vermir. Saytdan istifadə zamanı daha yaxşı nəticə əldə etmək üçün İstifadəçi brauzerlərin yeni versiyasını istifadə etməyi öhdəsinə götürür.
Poscrib zəmanət vermir ki:
- Platformadan istifadə etməklə əldə edilə bilən məlumatlar dəqiq və etibarlı olacaq və istənilən məqsəd və ya hər hansı bir halda istifadə oluna bilər (məsələn, hər hansı faktları müəyyən etmək və/və ya təsdiq etmək);
- Xidmətlərdən istifadə etməklə əldə edilən hər hansı məhsulun, xidmətin, məlumatın və Məzmunun keyfiyyəti İstifadəçinin gözləntilərinə cavab verəcək;
- Platforma və ya onun nümayəndələri heç bir halda, İstifadəçiyə və ya üçüncü şəxsə vurulmuş hər hansı bir dolayı, təsadüfi, qəsdən formada törədilmiş zərər üçün, eləcə də əldən çıxmış fayda və ya itirilmiş məlumatlar, şərəf, ləyaqət və ya işgüzar nüfuzun zədələnməsinə səbəb olan hallar üçün məsuliyyət daşımır.
- Poscrib heç bir şəkildə İstifadəçilər tərəfindən Platformada təqdim edilən, yerləşdirilən və ya yayımlanan hər hansı məzmun üzərində nəzarət həyata keçirmir və bu məzmunun doğruluğu, qanunauyğunluğu, təhlükəsizliyi və ya üçüncü şəxslərin hüquqlarına uyğunluğu ilə bağlı heç bir məsuliyyət daşımır. İstifadəçi, Platformada paylaşdığı bütün məzmunun qanunvericiliyə və bu Razılaşmaya uyğun olmasını təmin etməyə borcludur. Poscib Məzmunun yalnız bu Razılaşmaya və bu Razılaşmada göstərilən Zəruri Sənədlərə uyğunluğunu yoxlaya bilər. Digər hallarda Məzmun və ya şərh sahibi hüquqlarını pozduğu şəxs və ya dövlət orqanları qarşısında birbaşa məsuliyyət daşıyır.
- İstifadəçi tərəfindən yerləşdirilən Məzmunun mövcud qanunvericiliyin tələblərini, üçüncü şəxslərin hüquqlarını pozduğu, o cümlədən İstifadəçi tərəfindən belə Məzmunun və ya onun yerləşdirilməsinin hüquqa zidd olduğu hallarda İstifadəçi üçüncü şəxslər qarşısında birbaşa məsuliyyət daşıyır və Poscrib-i bu cür iddialardan qoruyur.
- Saytın bölmələrində digər internet resurslarına keçidlər yerləşdirilə bilər. İstifadəçi Platformanın bu resursların mövcudluğu və onlarda yerləşdirilmiş məlumatlar, eləcə də bu resursların istifadəsi ilə bağlı hər hansı nəticələrə görə məsuliyyət daşımır.
Yekun müddəalar
- www.poscrib.com saytı "POSCRIB" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətidir.
- Bu müqavilə publik müqavilədir və https://poscrib.com/docs/agreement ünvanından əldə edilə bilər. Müqavilənin bütün əvvəlki versiyaları da göstərilən ünvanda mövcuddur.
- Saytdan istifadə etmək məqsədindən asılı olmayaraq, İstifadəçi Razılaşması bütün İstifadəçilər üçün tətbiq olunur. İstifadəçi Razılaşmanı qəbul etmədikdə Saytdan istifadəni dərhal dayandırır.
- Məhkəmə və ya Poscrib tərəfindən İstifadəçi Razılaşmasının hər hansı müddəasının etibarsız hesab edilməsi bütün Razılaşmanın etibarsızlığına səbəb olmayacaqdır.
- Poscrib Platforma üçün yeni funksiyalar təqdim edə, bəzi funksiyalara məhdudiyyətlər qoya və ya Poscrib-in müəyyən hissələrinə və ya bütün Platformaya girişə məhdudiyyət tətbiq edə bilər. Bu halda Poscrib-in İstifadəçilərə xəbərdarlıq verməsi mümkün olmaya bilər.
- Bu Razılaşmanın müddəaları İstifadəçi ilə Poscrib arasında agentlik, tərəfdaşlıq, birgə fəaliyyət, əmək münasibətlərinin və ya Razılaşmada açıq şəkildə nəzərdə tutulmayan digər hüquq münasibətlərinin yaranması kimi başa düşülə bilməz.
- İcraçı və İstifadəçi arasında elektron poçt vasitəsilə mesaj mübadiləsi yolu ilə əldə edilmiş razılıqlar yazılı razılaşma kimi tanınmalıdır. Saytın istifadəsi və İstifadəçi Razılaşması ilə əlaqədar İcraçı ilə əlaqə [email protected] e-mail ünvanı vasitəsilə həyata keçirilə bilər.
- Bu İstifadəçi Razılaşmasından və ya onunla əlaqədar yaranacaq bütün mübahisələr danışıqlar yolu ilə həll ediləcəkdir. Razılıq əldə olunmadıqda, bu İstifadəçi Razılaşmasına dair bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həll ediləcəkdir.
Əlaqə
"POSCRIB" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 1406546021
E-poçt: [email protected]